Ölkə

Kənan bürünc medal qazandı

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

AZERFAX.AZ xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Related Articles

Bir cavab yazın

Back to top button