Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

Macarıstan və Türkiyə hökumətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atır.
AZERFAX.AZ xəbər verir ki, Macarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Anita Orban Ankarada türk həmkarı Hakan Fidanla görüşdən sonra iki ölkənin xarici siyasət idarələri arasında sistemli əməkdaşlığın bərpa ediləcəyini bildirib. Görüş Macarıstanda yeni hökumətin fəaliyyətə başlamasından sonra xarici işlər nazirləri səviyyəsində keçirilən ilk danışıqlar olub.
Tərəflər təhlükəsizlik siyasəti üzrə yeni dialoqun yaradılması, enerji sahəsində əməkdaşlığın davam etdirilməsi, iqtisadi və müdafiə sənayesi əlaqələrinin gücləndirilməsi barədə razılığa gəliblər.
Macarıstan Avropa İttifaqı ilə bağlı məsələlərdə Türkiyəyə praktiki dəstək göstərəcək. Bu çərçivədə Macarıstan ekspertləri TAIEX proqramı vasitəsilə türkiyəli mütəxəssislərlə bilik və təcrübələrini bölüşəcəklər.
Tərəflər nəqliyyat əlaqələrinin genişləndirilməsini də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdiriblər. Budapeşt-Ankara birbaşa aviareysi 2026-cı ilin aprelindən fəaliyyət göstərir. Yeni aviasiya sazişinin qüvvəyə minməsi ilə uçuşların daha da artacağı gözlənilir.



