Ölkə

Bakıda yanğın başlayıb

Bakının Xətai rayonunda yanğın başlayıb.

AZERFAX.AZ xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button