AZERFAX TV
Günəşdə güclü partlayışı baş verdi

Oktyabrın 10-da axşam saatlarında Günəşdə M sinfinə aid ikinci partlayış qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutuna istinadla məlumat yayıb.
Qeyd edilib ki, M6.5 gücündə partlayış rentgen diapazonunda 4549 nömrəli ləkələr qrupunda (N08W53) Bakı vaxtı ilə saat 19:10-da qeydə alınıb. Proses 28 dəqiqə davam edib.
Oktyabrın 10-da M1.2 gücündə daha bir partlayış qeydə alınıb.
Bundan bir gün əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Yerə doğru hərəkət edən üç Günəş plazması buludunun maqnit qasırğalarına və qütb parıltılarına səbəb ola biləcəyini açıqlayıb.
Hüseyn İbadlı



