Ölkə
İran ABŞ-nin şərtlərinə cavab verdi


“Hazırda amerikalılar bizə cavab veriblər. Cavablarında şərtlərimizin bəzilərini qəbul ediblər, lakin bir sıra məsələlərdə qeyri-müəyyənlik qalır. Beləliklə, cavab verən tərəf biz yox, amerikalılardır. Onların cavabını qənaətbəxş hesab etmirik”.
AZERFAX.AZ xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, növbəti mərhələyə keçidin mümkün olması üçün ABŞ mövcud qeyri-müəyyənlikləri aradan qaldırmalıdır. “Görmək lazımdır ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi ki, növbəti mərhələlər başlasın, yoxsa yox”, – Rezai vurğulayıb.



