Ölkə

Amazon Britaniyada avtomobil satışına başlayır

Amazon 2027-ci ilin əvvəlindən Britaniyada avtomobillərin onlayn satışını həyata keçirəcək yeni platformasını istifadəyə verməyi planlaşdırır.

AZERFAX.AZ xəbər verir ki, “Amazon Autos” adlanan xidmət vasitəsilə müştərilər avtomobillərin modellərinə, qiymətlərinə və dilerlərdəki mövcudluğuna baxa biləcəklər. Alıcılar həmçinin köhnə avtomobillərinin təxmini dəyərini öyrənə, seçdikləri avtomobili rezerv edə və yerli dilerlə əlaqə saxlaya biləcəklər.

Platformada ilk mərhələdə “Hyundai” markalı yeni və təsdiqlənmiş işlənmiş avtomobillər satışa çıxarılacaq. Avtomobilin alışı və təhvili isə müştərinin seçdiyi diler vasitəsilə tamamlanacaq.

Britaniya Amazon-un avtomobil satış xidmətini ABŞ-dan kənarda təqdim edəcəyi ilk ölkə olacaq. Şirkət bu addımla avtomobil almaq istəyənlərə seçim və rezervasiya prosesini internet üzərindən həyata keçirmək imkanı yaratmağı hədəfləyir.

Related Articles

Bir cavab yazın

Back to top button