Ölkə
Azərbaycan irsinə həsr olunan üç film təqdim ediləcək


“Azərbaycan irsinə səyahət” silsiləsinin ilk üç filmi bu ilin sonunadək təqdim olunacaq. Ekran əsərləri dövlət sifarişi ilə çəkilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin baş direktoru Rəşad Əzizov məlumat verib.
Silsilə “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi, “İşquz dövləti” və “Memar Əcəmi: Daşlara yazılan tale” bədii-sənədli filmləri ilə başlayır.



