Ölkə

İsmayıllıda qəzada xəsarət alanların vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, İsmayıllıda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə zamanı xəsarət alan 4 nəfərin son vəziyyəti açıqlanıb.

TƏBİB-dən AZERFAX.AZ-ın sorğusuna cavab olaraq bildirilib ki, 25.11.2026-cı il tarixində saat 00:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə İsmayıllı rayonu, Topçu kəndi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər – 2 qadın və 2 kişi olmaqla İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına təcili olaraq hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sıyrılmış yaraları, döş qəfəsinin əziyi, sağ diz oynağının əziyi diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Related Articles

Bir cavab yazın

Back to top button