AZERFAX TV

Lalə Məmmədovadan məktəblərlə bağlı açıqlama: Qanuna tabe olmaq borcumuzdur

“Gözəl qızım, heç kəs sənin təhsilinin qarşısını almır, əksinə, bizim gələcəyimiz işıqlı beyinlər, iti zəkalar, təmiz inanclar üzərində qurulub. Sənin yaşında olan pak övladlarımızın beyinləri, təəssüf ki, cahil insanların yürütdükləri siyasətlə “yuyulub”. Allah cəzalarını hökmən verəcək”.

AZERFAX.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni son günlər hicabla bağlı yayılan videolara münasibət bildirib:

“Sən isə Allahı, Vətənini sev və inan. Bizim prezidentimiz belə Konstitusiyaya and içəndə müqəddəs kitabımız olan Qurana əl basır. Heç kim dinimizi, Quranımızı inkar etmir, hər kəs də dini seçimində azaddır.

Ancaq baş örtüyü ilə bağlı qərarı insan yetkin yaşda verməlidir, uşaq yaşda ətraf təsirlərin altında qalaraq yox. Biz məscidə girərkən necə ki, bizdən baş örtmək tələb olunur, eləcə də dövlət məktəblərində qanuna tabe olmaq bizim borcumuzdur.

Yaşasın azad, tolerant, bütöv Azərbaycan!”(Axşam.az)

Related Articles

Bir cavab yazın

Back to top button