Ölkə

Pakistanda fövqəladə vəziyyət elan edildi

Pakistan Prezidenti Asif Əli Zərdari terrorla mübarizədə yetərsiz fəaliyyət göstərildiyi iddiası ilə Xeybər Paxtunxva əyalətində fövqəladə vəziyyət elan olunmasını və idarəetmənin federal hökumətə verilməsini təsdiqləyib.

AZERFAX.AZ xəbər verir ki, qərar Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi federal kabinetin tövsiyəsi əsasında qəbul edilib. Məlumata görə, Əfqanıstanla həmsərhəd əyalətdə hakimiyyətdə olan İmran Xanın Pakistan Ədalət Hərəkatının (PTI) səlahiyyətləri dayandırılıb. Pakistanın hüquq naziri Azam Nazir Tarar bildirib ki, əyaləti qubernator məsləhət şurası ilə birlikdə idarə edəcək. Federal hökumət PTI rəhbərliyini silahlı qruplaşmalarla mübarizədə yetərsiz qalmaqda ittiham edib. PTI isə qərara etiraz edib.

Qeyd edək ki, qərarın İmran Xanın azadlığa buraxılmasını tələb edən tərəfdarlarının İslamabada yürüşə hazırlaşdığı bir vaxtda qəbul edilməsi diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button