Ölkə

“Zirə” “Sumqayıt”ı məğlub etdi – Premyer Liqa

Premyer Liqada IX turun daha bir oyunu keçirilib.

AZERFAX.AZ-ın məlumatına görə, günün ikinci oyununda “Zirə” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma “qartallar”ın qələbəsi ilə yekunlaşıb – 3:2.

Bakı klubunun qollarını 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins, 83-cü dəqiqədə Davit Volkov vurublar.

“Gənclik şəhəri” təmsilçisində Nihad Əhmədzadə 39-cu, Keffel Resende 56-cı dəqiqədə fərqlənib.

Xallarının sayını 15-ə çatdıran “Zirə” dördüncü pilləyə yüksəlib. “Sumqayıt” 8 xalla səkkizinci sıradadır.

Günün ilk görüşündə “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı məğlub edib -2:1.

Xatırladaq ki, tura oktyabrın 25-də yekun vurulacaq.

Related Articles

Bir cavab yazın

Back to top button