Ölkə

Çoban deputatın qızını qaçırdı – Polis onları dağda tapdı

Braziliyada deputatın qızının ailəsinə məxsus fermada çalışan çobanla birlikdə yoxa çıxması ölkədə gündəm olub. Deputatın 22 yaşlı qızı Kamila Alvesi qaçırmaqda şübhəli bilinən 25 yaşlı çoban Lukas Silva polis əməliyyatı nəticəsində saxlanılıb.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə Braziliyanın Qoyas ştatında baş verib. Deputat Roberto Alvesin ailəsinə məxsus mal-qara fermasında çalışan Lukas Silva gecə saatlarında deputatın qızı ilə birlikdə ərazini tərk edib. Hadisədən xəbər tutan ailə dərhal hüquq-mühafizə orqanlarına müraciət edərək qızlarının zorla aparıldığını iddia edib.

Polis hadisə ilə bağlı genişmiqyaslı axtarışlara başlayıb. Aparılan araşdırmalar nəticəsində cütlüyün Mato Qrosso-du-Sul ştatı ilə sərhədə yaxın ərazidə, kənd evlərindən birində olduğu müəyyən edilib. Həmin ünvana keçirilən əməliyyat zamanı çoban saxlanılaraq polis bölməsinə aparılıb.

Hadisənin ən diqqətçəkən məqamı isə deputatın qızının ifadəsi olub. Kamila Alves polisə verdiyi ilkin ifadəsində qaçırılmadığını, Lukas Silva ilə öz istəyi əsasında birlikdə getdiyini bildirib.

Qız ailəsinin onu başqa bir siyasətçinin oğlu ilə evlənməyə məcbur etdiyini, buna görə də sevdiyi şəxslə birlikdə yeni həyat qurmaq qərarına gəldiklərini deyib.

Deputat Roberto Alves şikayətini geri götürmədiyi üçün Lukas Silva barəsində araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button