Ölkə

“Qarabağ”ın bu futbolçuları cəzalanacaq – Qurbanov açıqladı

Xəbər verdiyimiz kimi, “Qarabağ” Misli Premyer Liqasının X turunda səfərdə “Qəbələ” ilə 0:0 hesablı heç-heçə edib.

AZERFAX.AZ xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv var idi. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaşacağıq.

– İlk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə oldu. Onları cəzalandıracaqsınız?

– Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var. Bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir.

Related Articles

Bir cavab yazın

Back to top button