Ölkə

Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer Avropa ölkələrini müdafiə və təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməyə çağırıb.

AZERFAX.AZ BBC-yə istinadla xəbər verir ki, Kir Starmer bu barədə Dublində Britaniya-İrlandiya Ticarət Palatasının təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.

Sabiq Baş nazir bildirib ki, Avropanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə müdafiə sahəsində münasibətlərində baş verən dəyişikliklər müvəqqəti xarakter daşımır və bunu yalnız Donald Trampın prezidentliyi ilə əlaqələndirmək düzgün olmaz.

Onun sözlərinə görə, ABŞ artıq Avropadakı müttəfiqlərinin müdafiə xərclərini maliyyələşdirmək niyyətində olmadığını açıq şəkildə nümayiş etdirib.

Related Articles

Bir cavab yazın

Back to top button