Ölkə
Mirzoyan Bəhreyndə Azərbaycanla sülh prosesindən danışdı


Bəhreynin paytaxtı Manamada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Mirzoyan X hesabında yazıb.
“Regional bağlantı, TRIPP layihəsi və Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq”, – Mirzoyan qeyd edib.
Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də gündəmə gətirilib.



