Ölkə

“Qarabağ” “Qəbələ” ilə heç heçə etdi

Misli Premyer Liqasının X turunda “Qarabağ” “Qəbələ” ilə heç-heçə edib.

AZERFAX.AZ xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra “Qarabağ” 19 xalla ikinci pillədə qərarlaşıb. 8 xalı olan “Qəbələ” isə 10-cudur.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Turan Tovuz” evdə “Sabah”ı 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Zirə” matçı isə heç-heçə başa çatıb – 2:2.

Related Articles

Bir cavab yazın

Back to top button