Ölkə
Gəncədə kişini cərəyan vuraraq öldürüb


Gəncədə bədbəxt hadisə baş verib.
AZERFAX.AZ Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Adil İsgəndərov küçəsində qeydə alınıb.
Şəhər sakini 1958-ci il təvəllüdlü C.Əlizadə yaşadığı evin zirzəmisində iş görən zaman elektrik cərəyanı onu vurub. 68 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.



