Ölkə
35 yaşlı şəxs dostunun evində öldü tapıldı


Gəncə sakini dostunun evində ölü tapılıb.
AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhər ərazisində baş verib. İlkin verilən məlumata görə, 1991-ci il təvəllüdlü Kənan Nurməhəmmədi dostunun evində ölü vəziyyətdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. 35 yaşlı şəxsin hansı səbəbdən vəfat etdiyi hələ ki, dəqiq bilinmir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.



