Ölkə
Ermənistanda hərbçinin meyiti tapıldı


Ermənistanda hərbi hissələrdən birində hərbçinin meyiti aşkar edilib.
AZERFAX.AZ xəbər bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, bu gün T.S. adlı hərbi qulluqçunun meyiti güllə yarası ilə tapılıb.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.



