Ölkə
İran Britaniyanın üç hərbi qurumunu terror təşkilatı elan etdi


İran Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətini, Kral Hərbi Dəniz Qüvvələrini və Kral Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi tanıyıb.
AZERFAX.AZ İran mediasına istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanata əsasən, MI6 İranın milli təhlükəsizliyinə qarşı casusluq fəaliyyəti və İsraillə əməkdaşlıq ittihamları ilə əlaqədar düşmən qrup kimi qəbul edilib. Britaniyanın hərbi dəniz və hava qüvvələri isə SEPAH-ın ABŞ tərəfindən terror təşkilatı elan edilməsinə qarşı cavab tədbirləri çərçivəsində terror təşkilatları siyahısına daxil olunub.
İran bu qərarını BMT Nizamnaməsinin prinsipləri və beynəlxalq hüquqla əsaslandırıb.



