Ölkə
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı


Gəncə şəhərində 34 yaşlı şəxs bıçaqlanıb.
AZERFAX.AZ xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Elbəy Kərimov bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.



