Ölkə

Dövlət qurumunda əməliyyat keçirildi – Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir.

AZERFAX.AZ Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı idarənin Rüfət adlı vergi müfəttişinin saxlanıldığı deyilir.

Hələlik əməliyyatın hansı faktlarla bağlı keçirildiyi və saxlanılan şəxsin nədə şübhəli bilindiyi məlum deyil.

Related Articles

Bir cavab yazın

Back to top button