189 milyon dollarlıq nəhəng qovşaq tıxac problemini həll edəcək


Dubayda 189 milyon dollara başa gələn nəhəng yolötürücü qovşağın tikintisi başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, layihənin sonuncu körpüsünün istifadəyə verilməsi ilə şəhərin əsas maliyyə və ticarət mərkəzlərindən birində nəqliyyatın hərəkətinin xeyli sürətlənəcəyi gözlənilir. Məlumata görə, Dünya Ticarət Mərkəzi qovşağında inşa edilən beşinci və sonuncu körpünü avtomobillərin hərəkətinə açılıb. Ümumi uzunluğu 5 kilometr olan körpü şəbəkəsinin istifadəyə verilməsi ilə sürücülərin qovşaqda orta hesabla 12 dəqiqə çəkən gözləmə müddətinin 90 saniyəyə qədər azalması hədəflənir. Bu yol vasitəsilə saatda təxminən 3 min avtomobilin fasiləsiz hərəkəti təmin olunacaq. Yeni bağlantı sayəsində sıxlıq saatlarında əvvəllər 6 dəqiqə davam edən yol müddətinin 1 dəqiqəyə enəcəyi bildirilir.
Layihə çərçivəsində köhnə dairəvi yol qovşağı da müasir yolayrıcı sistemi ilə əvəzlənib.



