Makron Paşinyanla görüşdü – Masada hansı məsələlər var?


Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Parisdə görüş keçirilib.
AZERFAX.AZ xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.
Makron görüşün iki ölkə arasında strateji münasibətlərin gündəliyini müzakirə etmək baxımından əhəmiyyətli olduğunu bildirib.
Paşinyan isə IX Paris Sülh Forumuna dəvətə görə Fransa Prezidentinə təşəkkür edib. O, Ermənistan-Fransa münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə ikitərəfli əlaqələr, infrastruktur sahəsində birgə layihələr, Ermənistan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri və viza rejiminin liberallaşdırılması prosesi müzakirə olunub.
Tərəflər, həmçinin regional vəziyyət və bölgədə baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Nikol Paşinyan IX Paris Sülh Forumunda iştirak etmək məqsədilə Fransaya işgüzar səfər edib.



