Ölkə

Azərbaycan XİN Polşaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşada insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib:

“Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı yaralanmalarla nəticələnən silahlı hücum xəbərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq. Bu çətin günlərdə düşüncələrimiz Polşa xalqı ilədir”.

Related Articles

Bir cavab yazın

Back to top button