Ölkə

Messi ilin rəmzi yığmasına düşdü

Lionel Messi FIFPro-nun versiyasına əsasən, ilin rəmzi futbol komandasına seçilib.

AZERFAX.AZ xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu bu ada Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının keçirdiyi səsvermənin nəticələrinə görə layiq görülüb. Təşkilatın rəsmi saytında yayılan məlumata əsasən, seçim prosesində dünyanın müxtəlif ölkələrini təmsil edən 19806 futbolçu iştirak edib.

Rəmzi heyətdə Messidən başqa, qapıçı David Raya (“Arsenal”), müdafiəçilər Pau Kubarsi (“Barselona”), Əşrəf Hakimi və Nunu Mendeş (hər ikisi PSJ), yarımmüdafiəçilər Rodri (“Barselona”), Vitinya (PSJ), Cud Bellinqem (“Real Madrid”), hücumçular Lamin Yamal (“Barselona”), Erlinq Holann (“Mançester Siti) və Kilian Mbappe (“Real Madrid”) yer alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button