Ölkə

Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?

Vərəm xəstələrinin dərmanlarını qəbul edib-etmədikləri görüntülü zənglər vasitəsilə yoxlanılır.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bakupost”a vərəm xəstəliyindən əziyyət çəkən vətəndaşlar məlumat veriblər.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bu təcrübənin tətbiq olunduğu təsdiqlənib.

Qurumdan bildirilib ki, Ağciyər Xəstəlikləri Mərkəzi (AXM) tərəfindən vərəmli xəstələrin müalicəsinin fasiləsizliyini təmin etmək, dərman qəbuluna gündəlik nəzarəti gücləndirmək və tibbi xidmətlərin əlçatanlığını artırmaq məqsədilə birbaşa və videonəzarətli müalicə üsulları tətbiq olunur:

TƏBİB-in məlumatına görə, DOT (Directly Observed Treatment) birbaşa nəzarət altında müalicə üsuludur:

“Bu yanaşma vərəm xəstələrinin müalicəsində 1950-ci illərdən istifadə olunmağa başlanmış, 1994-cü ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təşviq edilən DOTS strategiyasının əsas komponentlərindən birinə çevrilmişdir. VOT (Video Observed Therapy) – Videonəzarət Altında Müalicə üsuludur. 2000-ci illərin sonlarından tətbiq olunmağa başlayan bu üsul 2017-ci ildə ÜST tərəfindən uyğun şəraitdə ənənəvi birbaşa müşahidəyə alternativ kimi tövsiyə edilmişdir”.

Qeyd edilib ki, hazırda AXM-in ambulator xidmət göstərən müəssisələrində vərəm əleyhinə dərman preparatları təcili tibbi yardım avtomobilləri vasitəsilə xəstələrin yaşadıqları ünvanlara çatdırılır:

“Dərmanların qəbulu müəssisələrdə yaradılmış DOT otaqlarında tibb işçilərinin birbaşa müşahidəsi, həmçinin xüsusi videonəzarət otaqları vasitəsilə məsafədən izlənilir”.

Related Articles

Bir cavab yazın

Back to top button