Ölkə

16 yaşlı istedadı transfer etdi

Türkiyənin “Qalatasaray” klubu gənc futbolçu Baran Türkerin transferini rəsmiləşdirib. İstanbul təmsilçisi bu keçidlə “Fənərbağça” və “Beşiktaş” kimi əzəli rəqiblərini qabaqlamağı bacarıb.

AZERFAX.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, “Samsunspor”un akademiyasında çıxış edən 16 yaşlı Baran Türker karyerasını “Qalatasaray”da davam etdirəcək. U-16 Türkiyə millisinin üzvü olan futbolçunun transferi ilə bağlı klublar arasında təxminən 10 gün davam edən danışıqlar müsbət nəticələnib və tərəflər müqavilə imzalayıblar.

Məlumata görə, gənc futbolçu ilə təkcə “Qalatasaray” deyil, “Fənərbağça” və “Beşiktaş” da maraqlanıb. Lakin seçim zamanı “sarı-qırmızılar”ın təqdim etdiyi layihə və futbolçuya yanaşması həlledici olub.

Baran Türkerin atası Metin Türker transfer prosesi ilə bağlı açıqlamasında hər üç böyük İstanbul klubunun oğlunu heyətində görmək istədiyini bildirib.

O, “Qalatasaray”ın təklif etdiyi layihənin daha cəlbedici olduğunu vurğulayaraq seçimlərini bu klubun xeyrinə etdiklərini deyib.

Metin Türkerin sözlərinə görə, oğlu son 4 il yarım ərzində “Samsunspor”un akademiyasında yetişib və U-16 komandasında çıxış edib. Razılaşmaya əsasən, gənc futbolçu 18 yaşına qədər “Qalatasaray”ın formasını geyinəcək.

Related Articles

Bir cavab yazın

Back to top button