Hadisə

Kürdəmirdə 6 otaqlı ev yandı

Kürdəmirdə fərdi yaşayış evində güclü yanğın baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın zamanı evin bütün əşyaları və yanar konstruksiyaları yanaraq külə dönüb.

Ev sahibinin sözlərinə görə, yanğına elektrik enerjisində yaranan qısaqapanma səbəb olub.

Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ənvər Yunusova məxsus, ümumi sahəsi 200 kvadratmetr olan, 6 otaq və 1 balkondan ibarət ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə FHN-in Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Ev sahibinin sözlərinə görə, yanğın nəticəsində ona ümumilikdə 100 min manatdan çox maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button