Ölkə

Myanmada soyqırımı törədildiyi təsdiqləndi

Beynəlxalq Ədalət Məhkəməsi Myanmada rohinca müsəlmanlarına qarşı törədilən zorakılıqlarla bağlı tarixi qərar qəbul edib.

AZERFAX.AZ “Reuters”ə istinadən xəbər verir ki, məhkəmə Myanmanın 2017-ci ildə rohinca azlığına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı soyqırımı törətdiyi qənaətinə gəlib.Həmin hadisələr zamanı minlərlə insan həyatını itirib, yüz minlərlə sakin isə yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb.

Qərar beynəlxalq hüquq baxımından mühüm hadisə kimi qiymətləndirilir. Məhkəmənin mövqeyi rohinca xalqına qarşı törədilən cinayətlərə görə məsuliyyət məsələsini yenidən dünya gündəminə gətirib.

Hadisə beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button