Ölkə

Süni intellektli eynəklərlə bağlı ciddi xəbərdarlıq

Süni intellekt texnologiyası ilə təchiz olunan ağıllı eynəklərlə bağlı ciddi xəbərdarlıq edilib.

AZERFAX.AZ xəbər verir ki, Niderlandın fərdi məlumatların mühafizəsi üzrə nəzarət qurumu istehlakçılara kamera və süni intellekt funksiyaları olan ağıllı eynəkləri almaqdan çəkinməyi tövsiyə edib.

Qurumun araşdırması çərçivəsində bazarda satışa çıxarılan altı növ ağıllı eynək yoxlanılıb. Sınaqlar zamanı cihazların təqdim etdiyi məlumatların hər zaman etibarlı olmadığı müəyyən edilib.

Araşdırmanın ən diqqətçəkən məqamlarından biri süni intellekt sisteminin yol verdiyi səhvlə bağlı olub.

Sınaqlardan birində ağıllı eynək istifadəçiyə yaxınlıqda təcili yardım avtomobilinin hərəkət etdiyi barədə xəbərdarlıq edib. Lakin ərazidə belə bir avtomobil olmayıb.

Bu hadisə süni intellektin real mühitdəki vəziyyəti düzgün qiymətləndirməməsinin istifadəçiləri yanlış istiqamətləndirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Mütəxəssisləri narahat edən digər məsələ ağıllı eynəklərin kamera funksiyasıdır.

Adi eynəkdən çox fərqlənməyən bu cihazlar ətraf mühitin görüntülərini qeydə ala bilir. Nəticədə yaxınlıqda olan şəxslər çəkiliş aparıldığını bilməyə bilərlər.

Bu isə şəxsi həyatın toxunulmazlığı, fərdi məlumatların qorunması və görüntülərin necə saxlanılması ilə bağlı suallar yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button