Ölkə
“Qəbələ” səfərdə “Şəfa”ya qalib gəldi


Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” səfərdə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.
AZERFAX.AZ xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən görüşdə qolları 59-cu dəqiqədə Şahin Şahniyarov, 90+2-ci dəqiqədə isə Meşak Uboçioma vurub.
Bu qələbədən sonra “Qəbələ” 11 xalla turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. 5 xalı olan “Şəfa” isə 11-ci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib, “Sabah” “Sumqayıt”ı 5:1, “Turan Tovuz” isə “Şamaxı”nı 2:0 hesabı ilə məğlub edib. Tura noyabrın 22-də yekun vurulacaq.



