Ölkə

TRIPP layihəsinə noyabrın 23-də start veriləcək

“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinə rəsmi start noyabrın 22-də deyil, 23-də veriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını bildirib.

AZERFAX.AZ xəbər verir ki, Baş nazir müvafiq paylaşımı öz “Telegram” kanalında edib.

“Sən demə, sabah bazar günüdür. TRIPP layihəsinə rəsmi start bazar ertəsi veriləcək”, – Paşinyan yazıb.

Daha əvvəl Paşinyan “Digitec 2026” konfransı çərçivəsindəki müzakirədə TRIPP-in açılışının noyabrın 22-də baş tutacağını bildirmişdi.

Qeyd edək ki, TRIPP marşrutu Ermənistanın Sünik bölgəsindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Bu barədə razılaşma 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanıb. Ermənistan parlamenti layihə üzrə ABŞ ilə çərçivə sazişini bu ilin oktyabrın 28-də ratifikasiya edib.

Related Articles

Bir cavab yazın

Back to top button