Ölkə
Nigeriyada sərnişin gəmisi batdı – 50-dən çox ölən var


Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfər həlak olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Hadisə Niger çayının deltasındakı qollardan birində baş verib. Gəmidə bir neçə gün əvvəl bölgədə baş vermiş oxşar faciənin qurbanlarının dəfn mərasiminə gedən şəxslər də olub.
İlkin məlumata görə, gəmidə təxminən 300 sərnişin olub. Onlardan 24-ü xilas edilib, 50-dən çox meyit sudan çıxarılaraq morqa təhvil verilib. Digər sərnişinlərin taleyi barədə hələlik məlumat yoxdur.
Mütəxəssislər gəminin həddindən artıq yüklənməsinin faciəyə səbəb ola biləcəyini ehtimal edirlər.



