Ölkə

Fransadakı aksiyalarda 144 nəfər saxlanılıb

Fransada qiymət artımına qarşı keçirilən nümayişlər zamanı 144 nəfər saxlanılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə BFMTV ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Gün ərzində ölkə üzrə 112 nümayiş keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 82,5 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayının 150 min olduğunu bildiriblər.

Ən böyük aksiya Parisdə keçirilib. Polis prefekturasının məlumatına görə, nümayişə 21,5 min nəfər qatılıb. Təşkilatçılar isə iştirakçıların sayının 45 min olduğunu iddia edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button