Ölkə

Bakı-Qazax yolunda “Ford” yandı – VİDEO

Ağdaşda minik maşını yanaraq külə dönüb.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün Bakı-Qazax magistral yolunda rayonun Aşağı-Ləki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Ələkbərov Əlihüseyn Ələkbər oğluna məxsus “Ford Fusion” markalı minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dərhal FHN-nin Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvələri cəlb olunub. Baş vermiş yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button