Ölkə

“WhatsApp” qruplarında iştirakçı limiti artırılır

“WhatsApp” qrup çatlarında maksimum iştirakçı sayını 1024-dən 1500-ə yüksəldir.

AZERFAX.AZ “WABetaInfo”nın məlumatına istinadən xəbər verir ki, yenilik “Android” və “iOS” istifadəçiləri üçün mərhələli şəkildə istifadəyə veriləcək.

Dəyişiklik mövcud qruplara da avtomatik tətbiq olunacaq. Beləliklə, administratorlar əlavə tənzimləmə aparmadan qruplarına 476 nəfərədək yeni üzv əlavə edə biləcəklər.

Yeni limit “WhatsApp” icmalarına daxil olan qrup çatlarına da şamil edilir. Lakin icmaların elan qruplarına təsir göstərmir. Həmin qruplarda maksimum iştirakçı sayı 2000 olaraq qalır.

Yenilik tətbiqin son versiyalarından istifadə edən bəzi şəxslər üçün artıq əlçatandır. Digər istifadəçilərə isə yaxın həftələrdə təqdim olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button