Ölkə

Tanınmış türk futbolçu karyerasına fasilə verdi

Türkiyə millisinin sabiq üzvü Emre Mor səhhətində yaranan problemlərə görə peşəkar futbolçu karyerasına müvəqqəti fasilə vermək qərarına gəlib.

AZERFAX.AZ xəbər verir ki, Niderlandın “NEC Nijmegen” klubu 29 yaşlı futbolçu ilə qarşılıqlı razılıq əsasında yollarını ayırdığını açıqlayıb. Klubun məlumatına görə, Emre Mor sağlamlığına və psixoloji vəziyyətinə diqqət ayırmaq üçün bu addımı atıb.

Emre Mor açıqlamasında uşaqlıqdan ən böyük arzusunun peşəkar futbolçu olmaq olduğunu deyib. Onun sözlərinə görə, sevdiyi idman növü üçün hər zaman əlindən gələni edib, lakin son vaxtlar səhhəti ilə bağlı çətinliklərlə üzləşib.

Futbolçu bildirib ki, artıq sağlamlığını ön plana çəkməli, bədənini dinləməli və öz sərhədlərinə hörmət etməlidir. Buna görə də bir müddət peşəkar futboldan uzaqlaşaraq özünə vaxt ayırmaq qərarı verib. “NEC Nijmegen”in idman direktoru Karlos Aalbers isə futbolçunun qərarını dəstəklədiklərini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button