Dünya

İstanbulda temperatur 12 dərəcə düşdü

Türkiyənin İstanbul şəhərində Balkanlardan gələn soyuq hava səbəbindən temperatur kəskin aşağı düşüb. Şəhərdə havanın temperaturunun gecə saatlarında 0 dərəcəyədək enəcəyi gözlənilir.

AZERFAX.AZ xəbər verir ki, “Anadolu” Agentliyinin məlumatına görə, küləyin istiqamətinin dəyişməsi ilə temperatur bir gündə 12 dərəcə azalıb. Bu gün havanın 7-8 dərəcə, gecə isə 6 dərəcə olacağı proqnozlaşdırılır.

İstanbul Valiliyi buzlanma və şaxta təhlükəsi ilə bağlı sakinlərə xəbərdarlıq edib.

Soyuq hava dalğasının uzun sürməyəcəyi bildirilir. Proqnoza əsasən, cümə axşamı küləyin yenidən cənub-qərb istiqamətindən əsməsi ilə temperatur 17-18 dərəcəyədək yüksələcək.

Qeyd edək ki, Qərbi Qara dəniz bölgəsində və Türkiyənin şərqində güclü qar yağacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button