Nyu-Yorkda süni intellektli uşaq oyuncaqlarının satışı qadağan edildi


ABŞ-nin Nyu-York ştatında uşaqlarla süni intellekt vasitəsilə söhbət edən oyuncaqların istehsalı, yayılması və satışına beş il müddətinə qadağa tətbiq edilib.
AZERFAX.AZ xəbər verir ki, Qadağa internetə qoşularaq uşaqlarla danışa bilən gəlincikləri, yumşaq oyuncaqları və robotları əhatə edir. Qanunu ştatın qubernatoru Keti Hokul imzalayıb.
Qərar uşaqların təhlükəsizliyi və şəxsi məlumatlarının qorunması ilə bağlı narahatlıqlardan sonra qəbul edilib. Uşaq təhlükəsizliyi üzrə araşdırmada sınaqdan keçirilən bəzi oyuncaqların uşaqlarla uyğun olmayan mövzularda danışdığı və söhbəti bitirmək istəyən uşaqlara emosional reaksiya verdiyi bildirilib.
Yeni məhdudiyyətə əsasən, bu tip oyuncaqların Nyu-York ştatında istehsalına və satışına beş il ərzində icazə verilməyəcək.



