Ölkə

Bakıda velosiped oğurlayan şəxs saxlanıldı

Bakının Nərimanov rayonunda borclu olduğu şəxsin velosipedini oğurlayaraq satıb, sonra həmin pulla onun borcunu qaytaran şəxs saxlanılıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə velosipedi oğurlayan şəxsin polis tərəfindən axtarılıb, saxlanılmasından sonra məlum olub.

Polisin araşdırması zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.

Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button