Premyer Liqada bu gün iki oyun keçiriləcək


Misli Premyer Liqasında XIII turun daha iki oyunu bu gün keçiriləcək.
AZERFAX.AZ xəbər verir ki, ilk olaraq Qərb derbisi baş tutacaq.
“Turan Tovuz” doğma azarkeşlər önündə “Kəpəz”lə üz-üzə gələcək. Tovuz şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahibləri 24 xalla üçüncü pillədə qərarlaşıb. Ehtiyatda daha bir matçı olan Gəncə təmsilçisi 18 xalla altıncı sıradadır.
Günün ikinci görüşündə son ölkə çempionu “Sabah” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Mərdəkandakı “Sabah Arena”da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq. Rəqibindən bir oyun az keçirən Bakı klubu 24 xalla ikinci yerdədir. Naxçıvan təmsilçisi 4 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Premyer Liqa
XIII tur
II dövrə
28 noyabr
16:30. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
19:00. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”



