Ölkə

İran Prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub 

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.

AZERFAX.az Reporta istinadən xəbər verir ki, səfərin aprel ayı ərzində reallaşacağı ehtimal edilir.

Qeyd edək ki, bu, M.Pezeşkianın İran Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri olacaq.   

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevral ayında İrana səfəri zamanı Məsud Pezeşkianla görüşüb. H.Hacıyev görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəsinə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button