Hadisə
Gəncədə maşın piyadanı xəstəxanalıq etdi.

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin H. Əliyev prospektində baş verib. İlkin məlumata görə, hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü yolu qarşı tərəfə keçmək istəyən 1988-ci il təvəllüdlü Elnur Rzayevi vurub. Müxətlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu