“Uduzmağımız ağır durumdur” – “Neftçi”nin baş məşqçisi

“Qarabağ”a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur.
AZERFAX.AZ xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a qarşı Misli Premyer Liqasının XXXI turunun oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
“Bu gün Azərbaycan derbisinə şahidlik etdik. “Neftçi”nin qələbəsini gözləyən insanları başa düşürəm. “Qarabağ”a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur. Lakin bu, avrokuboklarda iştirak edə bilmərik anlamına gəlmir. Qarşılaşmaya pis başlamadıq. Sadəcə, fərdi səhvlər ucbatından ardıcıl qollar buraxdıq. Fərqlənmək üçün şanslarımız olsa da, yararlana bilmədik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.