Siyasət

Putin atəşkəs elan etdi

Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib. AZERFAX.az TASS-a istinadən xəbər verir ki, Kremldə keçirilən görüşdə Rusiya lideri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib və Rusiya tərəfinin aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracağını bildirib.

“Humanitar mülahizələri rəhbər tutaraq, bu gün saat 18:00-dan bazar ertəsindən gecə yarısına qədər Rusiya tərəfi Pasxa atəşkəsi elan edir. Bu müddət ərzində bütün hərbi əməliyyatların dayandırılmasını əmr edirəm”.

Putin qeyd edib ki, Rusiya qoşunları Kiyev tərəfindən Pasxa atəşkəsi poza biləcəyi ehtimalına hazır olmalıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button