Texnologiya
Çində 10G istifadəyə verildi

Çində ilk 10G genişzolaqlı şəbəkəsi istifadəyə verilib.
AZERFAX.az xəbər verir ki, bu barədə “Mydrivers” nəşri xəbər yayıb.
Məlumata görə, “Huawei” və “China Unicom” şirkətləri 10G-ni uğurla həyata keçirmək üçün qüvvələrini birləşdiriblər.
Nəşrin məlumatına görə, fiber-optik çıxış şəbəkəsi bir istifadəçi üçün ötürmə qabiliyyətini ənənəvi gigabit səviyyəsindən 10G-yə qədər artırmağa imkan verib.
Bildirilir ki, modernləşdirmə nəticəsində şəbəkənin gecikmə müddəti millisaniyə səviyyəsinə endirilib.