Hadisə
Binəqədidəki yanğında 5 maşın yanıb

Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğında həyətdə olan maşınlar da yanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış “TOYOTA”, “MERCEDES”, “VAZ-2107” və “HYUNDAİ” markalı minik avtomobillərinin yanar hissələri və “OPEL” markalı minik avtomobilinin dam hissəsi yanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.