Hadisə

Gəncədə qum təpəsi maşının aşmasına səbəb olub.

Gəncədə hərəkətdə olan maşın aşıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin “Poçt”qəsəbəsi adlanan ərazisində baş verib. Anar Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə qarşısına çıxan quma çırpılaraq aşıb.

Məlumat üçün bildirək ki, Gəncənin sözügedən yaşayış massivində su və kanalizasiya, həmçinin işıq xətləri çəkilir və yol kənarlarında qum maneələri var.

Faktla bağlı araşdırma başlanılıb.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button