Hadisə

Bakının mərkəzində baş verən yanğın söndürülüb – FOTO – VİDEO 

Bakının Nəsimi rayonunda anbarda baş verən yanğın söndürülüb. AZERFAX.az  xəbər verir ki, hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının söndürülməsi üçün 5 əsas, 2 xüsusi avtomobil cəlb olunub.

Yanğın baş verən əraziyə yaxın binadakı sakinlər təxliyə edilib. ​Hadisə yerinə 14 yanğın avtomobili, 61 nəfər şəxsi heyət cəlb edilib.

Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400 kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360 kv.m sahədə yanıb.

Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button